Okean suyunda kifayət qədər bioloji ehtiyatlar və mineral elementlər vardır.
Okeanların sahillərində təsərrüfatın bir çox sahələri (balıqçılıq, turizm, nəqliyyat)
yaradılır. Onlar ölkələrin inkişafında əhəmiyyətli yer tutur, əhalinin və təsərrüfatın
tələbatını ödəyir. Okean suları dünyanın ən müxtəlif yerlərində yerləşən ölkələr
arasında əlaqələr qurulmasına xidmət edir.
|
- Hidrosferə hansı su obyektləri daxildir?
- Suyun əsas hissəsi harada toplanır?
- Suyun bir haldan digərinə keçməsinin əhəmiyyəti nədir?
- Okeanlar hansı təsərrüfat əhəmiyyətinə malikdir?
- Sudan sənaye, kənd təsərrüfatı və məişətdə geniş istifadə edilir. Bəs Yer üzündə
suyun miqdarı nə üçün azalmır?
|
|
1 |
Yerdə suların paylanmasını göstərən sxem qurun. Burada əsas su obyektlərinin
adlarını göstərin. |
2 |
Yerdə olan əsas su obyektlərinin əhəmiyyəti haqqında fikirlərinizi yazın.
|
|