Okeanlarda toplanan, quru sahələrində olan və atmosferdə yığılan sular bir-biri ilə qarşılıqlı əlaqədədir. Su bir haldan digərinə asanlıqla keçdiyinə və daim hərəkətdə olduğuna görə bu əlaqələr mümkün olur. Su planetimizin ən qiymətli mineralıdır, oksigen və iki hidrogen atomundan ibarətdir. Təbiətdə baş verən proseslərdə, canlı orqanizmlərin yaşayış və fəaliyyətində, insanların təsərrüfat fəaliyyətində suyun əhəmiyyəti böyükdür. Yerin çox hissəsini okeanlar təşkil etdiyinə görə günəş istiliyinin çox hissəsini də |
Hidrosfer Yer planetinin yaranmasından sonra əmələ gəlmişdir. Elmi məlumatlara görə, Yerin yaşı 6-7 milyard ildirsə, suyun yaşı 4,5-5 milyard ildir. Hidrosferin suları Yerin daxili təbəqələrindən (mantiyadan) çıxmışdır. Kosmosdan az miqdarda su gəlmişdir. Yer mantiyasından çıxan suyun illik həcmi 1 km3-dir. |
onlar qəbul edir. Okean suları günəş istiliyini uzun müddət özündə saxlayır və onun bir hissəsi küləklər vasitəsilə materiklərə gətirilir. Bu zaman quru sahələrində havanın temperaturu xeyli yüksəlir. Su təbəqəsi sayəsində yer üzərində hava şəraiti insanların yaşaması üçün əlverişlidir. Yay ərzində qızmış okean suyu qışda da planetin havasının qızmasına təsir göstərir. Materiklərə gələn rütubətin əsas mənbəyi okeanlardır. Gələn rütubət hesabına quru sahələrində olan obyektlər qidalanır. Eyni zamanda yer üzərində meşələr, kolluqlar, çəmənliklər və digər təbii bitki örtükləri kifayət qədər rütubətlənmə olmadan yarana bilməz. Bitkilər qida maddələrini su vasitəsilə alır.
Quru və su sahələrinin paylanması
|
İnsanlar, bitkilər, heyvanlar üçün suyun əhəmiyyəti
|
İnsanların həyat və təsərrüfat fəaliyyətlərində su ehtiyatları böyük rol oynayır. Dünyanın quraqlıq ərazilərində yerləşən bəzi ölkələr okean suyundan şirin su alır və istifadə edirlər. Su ehtiyatlarından sənayedə, kənd təsərrüfatında və məişətdə geniş istifadə edilir. Sudan elektrik enerjisinin alınmasında, kağızın hazırlanmasında, kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə olunur. Quraqlıq ərazilərdə suvarma işləri aparılmadan kənd təsərrüfatı məhsullarının becərilməsi mümkün olmur. Dünyada suyun çox hissəsi bu sahəyə sərf olunur. Ona görə də sudan qənaətli istifadə vacibdir.
Səthi suvarma | Çiləmə üsulu ilə suvarma | Səhralarda suvarma |
Fəaliyyət:
|
Quraqlıq əraziləri suvarmadan istifadə etmək mümkün deyil.
Bunun səbəbini izah edin.
|