VII
HİDROSFER
HİDROSFER VƏ ONUN ƏHƏMİYYƏTİ
Su həyat mənbəyidir. Təbiətdə su maye, buxar və bərk halda olur. Su bir haldan
başqa hala keçə bilir. Məsələn, buludlarda su buxar halında toplanır, Yer səthinə yağan
yağış maye halında olur, qış aylarında isə donmuş su buza çevrilir. Su maye və buxar
halında daim bir yerdən digərinə, okeanlardan materiklərə və əksinə istiqamətlərdə
hərəkət edir. Bu hərəkət hidrosferin atmosfer və litosferlə qarşılıqlı əlaqəsini təmin edir.
|
|
|
- Suyun bir haldan başqa hala keçməsinin səbəbini izah edin.
- Okean sularının hansı əhəmiyyəti vardır?
- Suyun və buxarın hərəkəti hansı səbəblərdən baş verir?
|
Su təbiətdə ən çox yayılan maddələrdən biridir. Planetimizdəki bütün sular
hidrosfer təbəqəsini əmələ gətirir. Hidrosfer - Yerin su örtüyüdür, yunanca
“hidro”
– su, “sfera” – təbəqə deməkdir. Hidrosfer atmosfer və litosfer təbəqələri arasında
yerləşir, planetimizdə olan bütün suları özündə birləşdirir. Hidrosferə okeanlar,
dənizlər, quruda şirin və şor sular, buzlaqlar, atmosferdə su dənəcikləri, litosferin
üst hissəsinə hopan yeraltı suları daxildir. Planetimizdəki suyun 96,5%-i okean və
dənizlərin, 1,8%-i qütb bölgələrindəki buzlaqların, 1,7%-i yeraltı suların, 0,01%-i
yerüstü suların (quru suları), yəni çaylar, göllər, su anbarları, bataqlıqların payına
düşür. Atmosferdə də az miqdarda su toplanır. Yer üzündə suyun çox olmasına
baxmayaraq, bütün suların 97%-i şor sulara, 3%-i şirin sulara aiddir. İçməli suların
az olmasını nəzərə alsaq, ondan qənaətlə istifadə etməliyik.
- Okeanlarda
toplanan şor sular (96,5%)
- Buzlaqlarda
toplanan sular (1,8%)
- Şirin yeraltı sular (1,7%)
- Şirin səth suları (0,01%)
|
|
Hidrosferin bölgüsü və suyunun tərkibi