6. Bəzi atmosfer hadisələrini şərti işarələrin köməyi ilə təsvir etmək olar.
Onlara duman, şeh, qırov, göy qurşağı aid edilə bilər.
|
Aparılan müşahidələrin əsasında havanın təsvirini əks etdirən yazı hazırlayın. Bunun
üçün aşağıdakı plandan istifadə etmək olar:
1 |
Havanın temperaturu necə dəyişir? |
2 |
Orta sutkalıq temperatur nə qədərdir?
|
3 |
Gün ərzində havanın temperaturunun dəyişməsinə hansı amillər təsir göstərmişdir?
|
4 |
Əvvəlki günlərə nisbətən temperaturun dəyişməsində kəskin fərqlər varmı? Bu nə
ilə əlaqədardır?
|
5 |
Buludluq gün ərzində necə dəyişir, bu dəyişmə yağıntılara necə təsir göstərir?
|
6 |
Müşahidə müddətində külək hansı istiqamətdə əsir?
|
7 |
Əsən küləklər havanın dəyişməsinə necə təsir göstərir?
|
8 |
Gün ərzində yağıntı olub ya yox? Onun hansı növü üstünlük təşkil etmişdir?
|
9 |
Hansı digər atmosfer hadisələri qeydə alınmışdır?
|
10 |
Mövcud hava şəraiti insanların yaşayışına və təsərrüfata necə təsir göstərir?
|
|