1. Havanın temperaturunun ölçülməsi müşahidə saatlarında aparılır, sonra onun əsasında sutkalıq orta temperatur müəyyən edilir. Göstəricilər hava təqvimi cədvəlinə qeyd edilir. Havanın orta sutkalıq temperaturunu müəyyən etmək üçün qeydə alınan temperatur kəmiyyətləri toplanır, onların cəmi müşahidələrin sayına bölünür. Məsələn, müşahidə müddətində havanın temperturu üçün aşağıdakı kəmiyyətlər alınmışdırsa, havanın orta sutkalıq temperaturunu hesablamaq olar:
Müşahidə vaxtı, saat | Temperatur, °C | Müşahidə vaxtı, saat | Temperatur, °C |
00.00 | 8 | 12.00 | 20 |
03.00 | 6 | 15.00 | 25 |
06.00 | 7 | 18.00 | 14 |
09.00 | 10 | 21.00 | 10 |
Alınmış temperaturların cəmini ölçmələrin sayına bölməklə sutkalıq orta temperaturu tapmaq olar: (7°+6°+8°+10°+25°+20°+14°+10°) : 8= 12,5°C
2. Buludluq üzərində müşahidə aparılması. Bunun üçün buludluq bal ilə qiymətləndirilir, 0-10 bal arasında hesablanır. Lakin biz asan olmaq üçün sadələşdirilmiş qiymətləndirmə sistemi istifadə edə bilərik. Səma tam aydın olarsa, buludsuz kimi qəbul edilir, aşağı səviyyəli və zəif buludluq səmanın 25% buludla örtülməsi deməkdir. Orta buludluq zamanı səmanın təxminən yarısı buludla örtülür. Səmada az sahələr aydın olursa, 75% buludluq olur. Səma tam olaraq buludla örtülürsə, Günəş görünmürsə, tam buludluq kimi qəbul edilə bilər. Onların göstərilməsi üçün aşağıdakı şərti işarələrdən istifadə etmək olar:
buludsuz hava; |
|
səmanın az hissəsinin buludla örtülməsi; |
|
səmanın yarısının buludla örtülməsi; |
|
səmanın tam buludla örtülməsi. |
3. Küləyin istiqamətinin təyin olunması. Küləyin istiqaməti onun haradan əsməsinə əsasən müəyyən edilir və oxlarla göstərilir. Oxun istiqaməti hara yönəlirsə, küləyin də bu istiqamətdən əsməsi qəbul olunur. Küləyin əsmə istiqamətinin təyin olunması üçün flügerdən istifadə olunur. Əgər flüger yoxdursa, bacalardan çıxan tüstünün və ya buludların hərəkət istiqamətinə görə küləyin haradan əsməsi aydın görünür. Üfüqün dəqiq istiqamətini kompasla müəyyən etmək mümkündür.
4. Küləyin gücünü yerli əlamətlərə görə təyin etmək olar. Onun nəticələrini şərti olaraq bal ilə yazmaq mümkündür.
5. Yağıntılar üzərində müşahidələr gözəyarı aparılır və hava təqvimində şərti işarələrlə qeyd olunur.
yağış
|
çiskin
|
qar
|
dolu
|