Lazım olan vəsaitlər: dərslik, termometr, barometr, flüger, anemometr, nefeskop, kompas.
Məqsəd: dərsdə əldə edilən məlumatların möhkəmləndirilməsi; hava üzərində müşahidə aparmaq bacarığının yoxlanılması.
Ölkədə havanın göstəricilərinin qısa və orta müddətli vaxt üçün öyrənilməsinin vacibliyini, əhəmiyyətini nəzərə alaraq, burada onların müəyyənedilmə yolları göstərilir. Bu zaman dərslikdə ayrı-ayrı göstəricilərin təhlili üzrə məlumatlardan istifadə etmək olar.
Müşahidələrin planı. Azərbaycanda mövcud olan hava şəraitinin öyrənilməsi üçün meteoroloji stansiyalar və məntəqələr fəaliyyət göstərir. Burada qurulan avadanlıqlardan müəyyən edilmiş vaxtlarda standartlara uyğun göstəricilər qeydə alınır və vahid mərkəzə ötürülür. Hava üzərində müşahidələr saat 00.00, 03.00, 06.00, 09.00, 12.00, 15.00, 18.00 və 21.00-da aparılır.
Praktiki işin yerinə yetirilməsi üçün yaxınlıqda yerləşən stansiyada toplanan məlumatlardan istifadə etmək olar. Əgər stansiya yoxdursa, radio və televiziya ilə verilən gündəlik hava haqqında məlumatlar əsasında bir neçə gün üçün olan hava göstəricilərinin orta kəmiyyəti əsas kimi qəbul edilir.
Yaşadığınız rayonda hava üzərində müşahidə aparmaq üçün saat 9.00, 12.00, 15.00, 18.00-ə aid məlumatlar baza kimi qəbul olunur. Havanın xarakterik göstəricilərinin qeydiyyatı üçün dəftərinizdə xüsusi formada cədvəl hazırlamaq olar:
Hava göstəriciləri
|
Vaxt, saatla
|
|||
9.00 | 12.00 | 15.00 | 18.00 | |
Havanın temperaturu, (°C ilə) | ||||
Buludluq, (şərti işarələrlə) | ||||
Küləyin istiqaməti, (oxlarla) | ||||
Küləyin gücü, (bal ilə) | ||||
Yağıntılar, (şərti işarələr və mm ilə) |