Servis nişanları uzaq səfərə çıxanlara müvafiq obyektlərin yerləşməsi haqqında məlumat verir. Bu nişanlar düzbucaqlı formasında olub, enli mavi haşiyəyə malikdir.
Əlavə məlumat nişanları birlikdə qoyulduğu digər qrupların nişanlarını dəqiqləşdirmək və ya məhdudlaşdırmaq üçün istifadə olunur. Hərəkətin daha rahat təşkilinə imkan yaradır.