Xəbərdarlıq nişanları sürücülərə və piyadalara yolların təhlükəli sahələri haqqında xəbərdarlıq edir. Sürücü bu nişanları görərkən daha diqqətli olmalı və hərəkət sürətini azaltmalıdır. Xəbərdarlıq nişanlarının əksəriyyəti qırmızı haşiyəsi və ağ fonu olan üçbucaq formasındadır.
Üstünlük nişanları yolayrıcılarını və yolun hərəkət hissəsinin kəsişmələrini göstərir. Üstünlük nişanlarının vahid forma və rəngi yoxdur.