Əvvəllər hər bir ölkənin öz yol nişanları var idi. Beynəlxalq avtomobil yolları inkişaf etdikcə yol nişanlarının dünyada bütün sürücülər tərəfindən başa düşülməsi zərurəti yarandı. Bu məqsədlə 1968-ci ildə Vyanada “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiya qəbul edildi. 1997-ci ildən ölkəmiz də bu Konvensiyaya qoşulmuşdur.
Sürücülərin zəruri tədbirləri vaxtında həyata keçirməsi üçün yol nişanlarını bilmələri olduqca vacibdir. Onların yol nişanlarının mənasını bilməməsi səbəbindən yol qəza hadisələri yaranır. Bundan ən çox əziyyət çəkən isə piyadalar olur.