XXI əsrdə insanlar daha çox virtual ünsiyyətə üstünlük versə də, canlı ünsiyyət həyatımızın əsas tərkib hissəsidir.
Sizin hər biriniz ailədə övlad, mağazada alıcı, nəqliyyatda sərnişin, teatrda tamaşaçı, xaricdə əcnəbi, stadionda azarkeş və s. hesab olunursunuz. Bu zaman ünsiyyətdə olduğunuz insanlarda inciklik hissini yaratmamaq üçün onlarla necə davranırsınız?
Gün ərzində bir çox insanlarla qarşılaşıb onlarla ünsiyyətdə oluruq. İlk baxışda ünsiyyət qurmaq bizə nə qədər sadə görünsə də, bu, o qədər də asan deyil. Ünsiyyətin səmərəli olması üçün bir sıra məqamlara diqqət yetirilməlidir. Ünsiyyət zamanı tərəflərin “yazılmamış qanunlar”a əməl etməməsi xoşagəlməz hallarla nəticələnə bilər.
Ünsiyyətin səmərəli olması üçün ünsiyyət zamanı:
Deyl Karneginin fikrinə görə, insan bir neçə qaydaya əməl etməklə başqalarında inciklik yaratmadan, onları təhqir etmədən digərlərinə təsir edə bilər.
Aşağıdakı qaydaları və onların nə ilə nəticələnəcəyini yoldaşlarınızla müzakirə edin.