Radioaktiv çirklənmə zamanı nə etməli:
- Əgər siz küçədəsinizsə, təcili surətdə tənəffüs orqanlarınızı mühafizə
edin – burnunuzu, ağzınızı şərf və ya nəm dəsmalla qapayın;
- Təcili evə gəlin, üst paltarlarınızı çıxarın və duş qəbul edin. Bütün
pəncərə və qapıları mümkün qədər kip qapayın;
- Bir stəkan suya 3–5 damcı yod məhlulu damızdırıb (uşaqlara 1–2
damcı) için;
- Küçəyə az çıxın. Zəruri hallarda respiratorlardan və uyğun geyimlərdən
(kip gödəkçə, plaş, altı hündür ayaqqabı) istifadə edin;
- Yemək hazırlamaq üçün lazım olan suyu yalnız su boruları və qorunan
quyulardan götürün;
- Soyuducularda, şkafarda və emallı qablarda, polietilen kisələrdə
olan yararlı ərzaqlardan istifadə edin.
Statistik məlumatlara görə,
XX əsrin son 20 ili ərzində
dünyada, ümumilikdə,
800 milyondan artıq insan
müxtəlif fəlakətlərdən zərər
çəkmiş, 140 min insan tələf olmuşdur.
İllik maddi zərəri isə
100 milyard dollardan artıq
vəsait təşkil etmişdir.
Atom elektrik stansiyalarında
baş verən nəinki böyük qəzalar,
hətta kiçik qəzalar belə çox təhlükəlidir.
Bu hadisələr çox vaxt
yanğınlara səbəb olur. Bu da
bəzi maddələrin ətrafdakı meyvə və tərəvəzə
hopması nəticəsində müxtəlif xəstəliklər törədir.
Bu, hətta bitki və heyvanların da
məhvinə səbəb olur.