Çovğun güclü küləklə qarın sovrulmasıdır.
Əgər güclü çovğun olacağı haqqında məlumat almısınızsa:
- Qapı və pəncərələri, çardağın qapılarını
və nəfəslikləri bağlayın; Pəncərələrin
şüşələrini kağız lent ilə yapışdırın; Su, ərzaq, dərman ehtiyatı, fənər, lampa, şam
tədarükü görün; Batareya ilə işləyən radioqəbuledicilər hazırlayın.
- Çovğuna və ya qar uçqununa düşsəniz,
qayaların, böyük ağacların gövdəsinin
altında üzüüstə yerə uzanıb başınızı tutun (daş və ya buz parçalarından qorunmaq üçün), paltarınızla ağzınızı örtüb
nəfəs almağa çalışın.
- Avtomobillə yalnız əsas yollarda və şoselərdə hərəkət etmək olar. Maşını tərk
etməyin, yatmayın, maşının mühərriki işləyirsə, əmələ gələn dəm qazından zəhərlənməmək üçün pəncərəni bir qədər açın.