İldırım çaxması və tufan da təhkükəlidir. İldırım zərbəsi, ilk növbədə, ən
hündürdə olan obyektə (ağac, dirək və s.) dəyir. Hər il dünyada ildırım vurmasından xeyli insan həlak olur.
- Qığılcımdan sonra göy gurultusu müşahidə olunarsa, ildırım o zaman çox təh -
lükəlidir. Bu halda pəncərə, qapı və nəfəslikləri bağlayın, televizor, radio və
digər elektrik cihazlarını söndürün. Sobanı yandırmayın;
- Telefonla danışmayın: ildırım bəzən elektrik naqillərinin üzərinə də düşür;
- Əgər meşədəsinizsə, meşənin alçaq ağaclıq yerinə sığının. Hündür ağacların, xüsusilə şam, palıd və qovaq ağacının yanında gizlənməyin.
- Su hövzəsi, yaxud onun sahilində dayanmayın. Sahildən kənarlaşın, hündür
yerdən aşağı düşün;
- Düzənlikdə və ya daldalanmağa yer olmayan bir ərazidəsinizsə, yerə uzanmayın. Yoxsa bütün bədəninizi elektrik cərəyanının təsiri altında qoyarsınız.
Dayaz bir yerdə, yarğanda və ya digər təbii bir dərinlikdə əyləşin, əllərinizlə
ayaqlarınızdan tutun;
- Tufan zamanı idman alətlərindən istifadə edirsinizsə, dərhal dayanın. Metal
əşyaları kənara qoyun və onlardan 20–30 metr aralıda durun;
- Əgər tufan sizi avtomobildə yaxalayıbsa, maşından düşməyin. Pəncərə
şüşələrini qaldırın və antenanı aşağı salın.