Sel dağ çaylarının
yatağında intensiv yağışın, buz və mövsümi
qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı
və daşlı-palçıqlı axındır.
Sel su hövzələrinin dağılmasından, zəlzələ
və vulkanlardan sonra
da yarana bilər. İnsanlar, yaşayış yerləri, mühəndis və yol qurğuları
sel, daşqınlar zamanı
fəlakətlə üzləşə bilər.
Daşqın çay yataqlarının su ilə tam dolması nəticəsində suyun
daşaraq ətraf əraziləri
basmasıdır.
|
Sel və daşqın zamanı aşağıdakılara
əməl etmək vacibdir:
- Yamaclarla 50–100 m-dən yuxarı qalxın.
Sellə birlikdə həyat üçün təhlükə yaradan
ağır daşlar, təhlükəli materiallar gələ bilər;
- Açıq ərazidəsinizsə, dərhal yüksək bir yerə çıxın;
- Su yatağı olan və ya çuxur bir yerdəsinizsə,
dərhal həmin ərazini tərk edin;
- Sel sularının toplandığı bölgələrdə avtomobildən istifadə etməyin. Hər hansı bir qəza baş
veribsə, avtomobili dərhal tərk edin;
- Elektrikin sizi vurmaması üçün elektrik xətlərindən uzaq durun;
- Hərəkətli sularda ağacdan istifadə etməklə
yeriyin;
- Müəyyən miqdarda quru qida və su, ailənizin ehtiyacı olduğu dərmanları götürün;
- Sel suları ilə çirklənmiş yeməkləri yeməyin;
- Quyulardan götürülən sular yalnız analiz
edildikdən sonra istifadə oluna bilər;
- Binada qaz sızıntısı olduğunu hiss etdikdə
işıqdan istifadə etməyin.
|