- Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın.
Zəlzələ nəticəsində divarların əyilməsindən giriş qapıları pərçimlənir
və bu sonradan onu açıb otaqdan
çıxmağa imkan vermir;
- Əgər otaqdasınızsa, təcili olaraq
təhlükəsiz yerə keçin. Masanın və
ya çarpayının altına girin. Otağın
əsas divarına yaxın olan daxili
küncündə durun;
- Zəlzələ zamanı ən çox binanın xarici
divarları uçduğundan heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın ortasında durmayın;
- Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn; soyuducudan, mebeldən və s. uzaq dayanın;
- Qaçaraq binadan çıxmayın. Yuxarıdan divarboyu düşən qırıntılar
çox təhlükəli olur;
- Çoxmərtəbəli binanın içərisindəsinizsə, ən yaxşısı, elə oradaca qalmaqdır. Pilləkənə çıxmağa tələsməyin və liftə minməyin. Unutmayın
ki, zəlzələ vaxtı ən çox lift və pilləkən sıradan çıxır.
|