1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsmiş və Göygöl yaranmışdır.
XX əsrin əvvəllərində (1920) 100000 nəfər insanın ölümünə səbəb olan ən dağıdıcı sürüşmə Çinin Qansu əyalətində baş verib.
Planetimizdə ən böyük sürüşmə (çəkisi 50 milyard ton, həcmi 20 kub kilometr) eramızın əvvəlində İranda Səidmarex çayının hövzəsində baş verib.
Yantsızı çayında daşqınlar (1911, 1931, 1954) zamanı aclıq nəticəsində 60 milyon insan zərər çəkib. Təkcə 1911-ci ildə 100 min insan tələf olub.
Bu faktlar yadınıza nəyi salır?
Sizin fövqəladə hadisələr haqqında müəyyən məlumatınız var. Zəlzələ, sel, daşqın, sunami, yanğın, ildırım çaxması, sərt şaxtalar, güclü istilər, torpaq sürüşməsi, vulkan, radioaktiv maddələrin yayılması, epidemiyalar (yoluxucu xəstəliklərin yayılması),