Vətən müharibəsi zamanı ermənilər tərəfindən ərazilərimizə basdırılmış minalar
və atılıb qalmış mərmilər də təhlükə mənbəyidir.
Bunlara döyüşlər aparılmış yerlərdə; tərk edilmiş hərbi
texnikanın, tikililərin içində; bunkerlərdə; ot basmış ərazilərdə və becərilməmiş
sahələrdə; körpülərdə; rabitə və elektrik qovşaqlarında; kəsə yollarda, cığırlarda və keçidlərdə;
tərk edilmiş yaşayış məntəqələrində rast gəlmək olar.
Ona görə də:
• sizə tanış olmayan ərazilərə daxil olmaqdan çəkinin!
• minalara, mərmilərə, onların qalıqlarına rast gəlsəniz,
toxunmayın!
Biz baş verə biləcək bütün təhlükələrə həmişə hazır
olmalı və bu zaman nə edəcəyimizi bilməliyik.
!
Sual və tapşırıqlar:
1. İctimai yerlərdə qəzalardan uzaq olmaq üçün hansı qaydalara əməl olunmalıdır?
2. Məişətdə təhlükəsiz davranış qaydalarına aşağıdakılardan hansılar aiddir?
- a) axşamlar tək küçəyə çıxmamaq;
- b) boyunuz çatmayan yerlərdən qalxıb heç nə götürməmək;
- c) adam olmayan, zəif işıqlandırılan küçələrdə gəzməmək;
- d) şəbəkəyə bir neçə elektrik avadanlığı qoşmamaq;
- e) şəbəkəyə bir neçə elektrik avadanlığı qoşmamaq;
- f) kəsici və deşici alətlərlə ehtiyatla davranmaq, istifadə etdikdən sonra yerinə qoymaq.
3. Kinoteatrda, əyləncə mərkəzlərində, metroda hansı təhlükəli hallarla rastlaşa bilərsiniz? Bu zaman hansı davranış qaydalarına əməl olunmalıdır?
4. Şəkillərdə göstərilən fövqəladə hadisələrdən necə qorunmaq olar? Fikrinizi əsaslandırın.
|