Elektrik cihazları yanarsa:
- cihazı cərəyandan ayırın və ya mənzilin elektrik təchizatını dayandırın;
- cərəyandan ayırdıqdan sonra hələ də yanma davam edərsə, üzərini qalın parça ilə örtün;
- qapı və pəncərəni möhkəm bağlayın;
- evi tərk edin;
- yanğınsöndürmə xidmətinə xəbər verin.
Elektrik cərəyanının insan üçün təhlükəsini bilirsiniz. Odur ki aşağıdakı təhlükəsizlik qaydalarının hər birinə mütləq əməl edilməlidir:
- Üstüaçıq naqil gördükdə böyüklərə xəbər verin;
- Şəbəkədən elektrik cihazlarını ayırarkən naqildən tutmayın;
- Şəbəkəyə eyni vaxtda çox sayda elektrik cihazını qoşmayın;
-
Uzadıcıdan istifadə etdikdən sonra əvvəlcə onu
şəbəkədən ayırın, sonra yığın;
-
Cihazların naqillərinin qapı, mebel və s. əşyaların arasında qalmasına, qaz kəmərlərinə,
istilik batareyalarına toxunmasına yol verməyin.
Qaydalara riayət olunmaması yanğınla nəticələnə bilər.
Fövqəladə halların bir qismi də küçələrdə baş verir. Belə təhlükəni insanın
vəfalı dostu olan itlər də yarada bilir. Biz heyvanlara qayğı göstərməli,
onları incitməməliyik. Ancaq bəzən küçədəki sahibsiz itlər çox təhlükəli olur. Əgər it sizə
hücum edərsə, bundan qorunmaq üçün aşağıdakıları bilməyiniz vacibdir:
- əlinizdə çətir və ya çanta varsa, onunla itin
qabağını kəsməyə çalışın;
- arxanızı itə çevirməyin;
- ilk növbədə, boğazınızı qoruyun;
- əlinizi qabağa uzadın. Əgər şərfiniz varsa,
onu əlinizə dolayın;
- əgər yıxılmışsınızsa, üzüüstə çevrilin, əllərinizlə boynunuzu qorumağa çalışın.