Malyariya parazitinə cücülər sancdıqda, dizenteriya amöbü və lyambliyalara isə su, qida və s. ilə yoluxmaq olur.
Bakteriyaların törətdiyi vərəm çox yayılmışdır. Bu xəstəliyi damcı və toz infeksiyası yaradır. Siz də evdə və məktəbdə toz qaldırmamağa, belə xəstələrlə təmasda olarkən qoruyucu maskalardan istifadə etməyə çalışın. Xəstələrin əşyalarından qətiyyən istifadə etməyin.
Yoluxucu xəstəliklərə yoluxma yaxşı yuyulmamış meyvə, tərəvəz, çirkli sudan, natəmiz qablardan istifadə etdikdə, eyni zamanda, pis vərdişlərdən – çirkli əlləri ağıza vurduqda, dırnaqları dişləyib-udduqda və s. baş verir. Buna görə də yaşadığınız evin təmizliyinə ciddi nəzarət etməli, kiçik bacı və qardaşlarınıza gigiyena qaydalarına əməl etməyi öyrətməlisiniz. Əgər xəstələnərsinizsə, həkimə vaxtında müraciət etsəniz, yoluxucu xəstəliklərdən qoruna bilərsiniz. İnsan öz sağlamlığının qoruyucusu olmalı və bu sağlamlıq uğrunda mübarizə aparmalıdır.
Xəstəlik | Törədicisi | Qorunma yolları |
***** | ***** | ***** |
***** | ***** | ***** |