Qurd xəstəlikləri də yoluxucu xəstəliklərə aiddir. Qurd xəstəliklərinə (helmintozlar) 3–12 yaşlı uşaqlar daha çox yoluxurlar. Hətta orqanizmdə eyni zamanda bir neçə növ qurd parazitlik edə bilər. Bu isə immunitetin zəifləməsinə, allergiyalara, mədə-bağırsaq, sinir sistemi pozğunluqlarına səbəb olur, orqan və toxumaları zədələyir, fiziki, əqli inkişafı ləngidir. İnsan qurd xəstəliklərinə (askarid, exinokokk, öküz soliteri və s.) müxtəlif yollarla yoluxa bilir.
Qurd xəstəliklərinə yoluxma mənbələri
Birhüceyrəli heyvanların törətdiyi xəstəliklər də insanlar arasında geniş yayılıb. Dizenteriya amöbü, malyariya paraziti, lyambliya və s. birhüceyrəlilərin törətdiyi xəstəliklərdən qorunmağa çalışmalıyıq.