Anası Aydanı üzgüçülük hovuzuna apardı. Hovuzun rəhbərliyi ondan
Aydanın sağlamlığı haqqında arayış istədi. Sizcə, bu sənədə nə ehtiyac var?
Yoluxucu xəstəliklər təhlükəli olub, bir insandan digərinə keçir. Bu xəstə-
liklərin çoxunu mikroorqanizmlər törədir. Törədicilər insan orqanizminə daxil
olaraq orada müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Yoluxucu xəstəliklər insanı elə ağır vəziyyətə gətirib |
Milçəklər 70-ə
qədər yoluxucu xəstəlik yayır. |
Yoluxucu xəstəliklərin bir qismini viruslar törədir. Dünya səhiyyəsi virus xəstəliklərinə qarşı nə qədər mübarizə aparsa da, bu xəstəliklər azalmaq əvəzinə, daha da artır. Xəstəliklər haqqında az məlumatlı olub, qorunma qaydalarına diqqətsiz yanaşılarsa, bu zaman insan həyatını sona yetirəcək faciə baş verə bilər. Bütün dünyanı cənginə almış Covid-19 infeksiyası nəticəsində ölkəmizdə xeyli sayda insan həyatını itirmişdir.
Mütəxəssislər hesab edirlər ki, virusların yoluxma yolları müxtəlifdir. Məsələn, qrip virusları insana hava-damcı yolu ilə yoluxur. Belə xəstələrin əşyalarından istifadə edən, xəstə ilə eyni otaqda olan insanların da qripə yoluxma ehtimalı çoxdur.
Bir çox virus xəstəliklərinin geniş yayıldığı məkanlar isə stomatoloji kabinetlər, gözəllik salonları, üzgüçülük hovuzlarıdır. Stomatoloji kabinetlərdə, gözəllik salonlarında avtoklavın (alətləri sterilləşdirmək üçün cihaz) olması vacibdir.