Sinir sistemi orqanizmdə gedən proseslərin tənzimlənməsində mühüm rol oynayır. Sinir sisteminin gərginliyi onun yorğunluğuna səbəb olur. Gərgin dərs həftəsindən sonra istirahət etmək, zehni yorğunluğu aradan qaldırmaq vacibdir. Siz də gün ərzində təmiz havada gəzintiyə, idmanla məşğul olmağa, oyunlar keçirməyə üstünlük verin. İdmanla məşğul olmaq skelet və əzələləri möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, düzgün qaməti formalaşdırır. |
Təmizlik
sağlamlıqdır. |
Düzgün və vaxtlı-vaxtında qidalanma da uşaqların inkişafı və sağlamlığının ilkin şərtlərindəndir. Düzgün qidalanma beynin fəaliyyətinə müsbət təsir göstərir, müxtəlif xəstəliklərə qarşı orqanizmin immunitetini artırır. Buna görə də qida rasionuna meyvə, tərəvəz, ət, balıq və süd məhsulları daxil edilməlidir. Qidanın hər gün eyni vaxtda qəbul edilməsi və yaxşı çeynənməsi də sağlamlıq üçün vacibdir. |
|