Su sağlamlıq və təhlükəsizlik mənbəyidir. Çimmək, üzmək, duş qəbul etmək, yaş dəsmalla bədəni silmək orqanizmi möhkəmləndirir. Sağlamlığın vacib şərtlərindən biri də orqanizmi yoluxucu xəstəliklərdən qorumaqdır. Xəstəliklərin qarşısını almaq üçün peyvəndlərin çox böyük əhəmiyyəti var. Azərbaycanda Hepatit B, difteriya, göyöskürək, qızılca və s. xəstəliklərə qarşı peyvənd aparılır. Vaxtında edilən peyvəndlər bir çox yoluxucu xəstəliklərin qarşısını alır. Sağlamlığın şərtlərinə əməl etsək, sağlam və gümrah olarıq. |
Müşahidə olunan hallar | Sağlamlığın şərti | Nəticəsi |
Əli bütün günü dənizdə çimir və qumda uzanır. | ***** | ***** |
Akifin anası elmi işçidir. O bütün gününü kompüter arxasında oturaq vəziyyətdə keçirir. | ***** | ***** |
Lalə 6-cı sinifdə oxuyur. O, gecə saat 12-yə qədər televizora baxır. | ***** | ***** |