Erkən yaşlardan bədən tərbiyəsi və idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək olduqca vacibdir.
İdman orqanizmi xəstəliklərdən qoruyur, sağlam saxlayır. Ona görə də bacardığınız qədər daha çox
hərəkət edin, asudə vaxtınızı təmiz havada hərəkətli
oyunlar oynayaraq keçirin.
Lakin idman edərkən müəyyən qaydaları da unutmaq olmaz! Mütəxəssislərin məsləhətinə görə, idmana başlamazdan, ən
azı, yarım saat əvvəl qida qəbulu dayandırılmalı və kiçik hərəkətlərlə bədənin isinmə prosesi
yerinə
yetirilməlidir. Əgər bunu etməsəniz, sağlamlığınızla bağlı problemlər yarana bilər.
Fiziki tərbiyə sağlam inkişafa təkan verir, dözümlülüyü tənzimləyir, insanda müsbət emosiyalar yaradır.