Sağlam olmaq üçün aşağı-
dakılara əməl etmək vacibdir:
- şәxsi gigiyenaya vә tәmizliyә
riayәt etmәk;
- әtraf mühitin tәmizliyini
qorumaq;
- zәrәrli vәrdişlәrdәn uzaq
olmaq;
- düzgün istirahәt etmәk;
- idmanla mәşğul olmaq;
- düzgün qidalanmaq;
- reproduktiv sağlamlığı
qorumaq;
- tarazlaşdırılmış gün rejimi;
|
Bəzən bədən çəkisinin artıq
olması, hərəkət azlığı, düzgün qi-
dalanmamaq, psixoloji gərginlik,
siqaret və spirtli içkilərdən isti-
fadə, yoluxucu xəstəliklərə tutul-
ma və s. insanın sağlamlığını təh-
lükə qarşısında qoyur.
Sağlamlığımızı möhkəmləndir-
sək və qorusaq, uzun ömür sürər
və fəal həyat tərzi keçirərik.
Narkotik maddələr, spirtli içkilər və tütün məmulatlarına aludəçilik zərərli vərdişlər hesab
olunur. Bu vərdişlər həm insan
orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyan vurur.
Yoldaşlarınızla müzakirə edin:
İnsanlardan biri düzgün qidalanır, fiziki cəhətdən aktivdir, istirahətini düzgün müəyyənləşdirir,
siqaret çəkmir, spirtli içki və narkotikdən istifadə etmir. İkinci insan isə əlinə keçəni yeyir, az
hərəkətlidir, gün ərzində az yatır və çox siqaret çəkir.
|