Vətən müharibəsi zamanı Qarabağ və ətraf ərazilər erməni işğalından azad edildi. Torpaqlarımızın geri qaytarılması ilə tarixi mədəni abidələrimiz, flora və faunamız mənfur düşmənin terrorundan xilas edildi. Çox yaxın gələcəkdə həm mədəni irsimizin, həm də canlılar aləminin bərpasına nail olacağıq.
Sual və tapşırıqlar:
!
1. İnsanın təbiətə vurduğu ziyanların siyahısını tərtib edin.
2. Sizə təbiəti qorumaq haqqında tədbirlər planı hazırlamaq tapşırılsaydı, ora nələri daxil edərdiniz? Siyahı tərtib edin. 3. İnsan nə üçün təbiəti dəyişən yeganə varlıq hesab olunur? 4. İnsan bitkiləri gübrələrlə qidalandırır. Bu gübrələrin ziyanı varmı? 5. “Mən təbiəti qorumağa borcluyam” mövzusunda inşa yazın. |