İşıq mikroskopu
|
İlk dəfə Robert Huk mikroskopla mantar* kəsiyini nəzərdən keçirərkən hüceyrələri gözcüklər şəklində görmüşdür. Hollandiyalı Anton Van Levenhuk isə özü hazırladığı mikroskopla ilk dəfə birhüceyrəli varlıqları müşahidə etmişdir. Ancaq o dövrdəki mikroskoplar hüceyrələri o qədər də aydın göstərmirdi. Lakin illər keçdikcə mikroskoplar təkmilləşdi və müasir mikroskoplar yarandı. Müasir işıq mikroskopları hüceyrələri min dəfələrlə böyütmə gücünə malikdir. Hətta indi daha çox böyütmə gücünə malik olan elektron mikroskoplar da var. Artıq elmə məlumdur ki, müxtəlif hüceyrələr bir-birinə həm oxşayır, həm də fərqlənir. ——————
* Mantar ağac və kol bitkilərinin gövdəsində olan qabığın bir qatıdır.
|
Sitoplazmanın içində sitoplazma orqanoidləri yerləşir.
|
Bütün hüceyrələrin plaz-
matik membranı, qılafı və sitoplazması olur. |
Bitki, heyvan və gö-
bələk hüceyrələrində nüvə vardır. |
Müxtəlif canlıların hüceyrələri oxşar və fərqli xüsusiyyətlərə malikdir.
|
Heyvan hüceyrələrindən fərqli olaraq,
digər canlıların hüceyrələrində membran üzərində qalın qılaf yerləşir.
|
Bir hüceyrə bir orqanizm ola bilər:
bakteriyaların hamısı, göbələk, bitki və heyvanların bəzi növləri.
|
Bakteriyaların nüvəsi yoxdur.
|
İnsan orqa- nizmində hüceyrələrin sayı trilyonlarladır.
İnsan hüceyrəsinin modeli
|