Canlılar hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrələr canlıların ən kiçik hissələridir. Hüceyrənin tərkibi isə qeyri-üzvi və üzvi maddələrdən ibarətdir. İlbizlərin çanağında, bədənimizdəki sümüklərin və s. tərkibində qeyri-üzvi maddələrlə yanaşı, üzvi maddələr də vardır. Bunu müşahidə etmək üçün təcrübələr aparaq. |
Oksigen, karbon,
hidrogen və azot hüceyrədəki ele- mentlərin 98 faizini təşkil edir. |
Turşunun təsiri və yanma nəticəsində sümükdə kimyəvi dəyişiklik baş ve-
rir. Yəni qeyri-üzvi maddələr turşu ilə kimyəvi qarşılıqlı təsirə məruz qalır, onun
tərkibi dəyişir. Üzvi maddələr isə yanır və digər maddələr əmələ gəlir. Deməli,
sümüyün möhkəmliyi həmin maddələrdən asılıdır.