Görəsən, təbiətdəki maddələri bir-birindən daha necə fərqləndirmək olar?
Təbiətdəki maddələr iki yerə bölünür: qeyri-üzvi və üzvi. Maddələrin belə
adlandırılması təsadüfi deyil. Qeyri-üzvi maddələrə su və duzlar; üzvi maddə-
lərə isə zülallar, yağlar, karbohidratları nümunə göstərmək olar. Lakin yalnız üz-
vi maddələri canlı orqanizmlər sintez edir. Üzvi maddələri əvvəllər laboratori-
yalarda almaq mümkün deyildi. Hazırda isə laboratoriyalarda bəzi üzvi mad-
dələri süni yolla sintez etmək olur.
təbii yumurta
|
süni yumurta
|
təbii düyü
|
süni düyü
|
Əksər üzvi maddələrin tərkibində karbon və hidrogen elementləri vardır. Bir
çox üzvi maddələrdə karbon və hidrogen elementləri ilə yanaşı, oksigen, azot,
fosfor və s. elementlər də olur. Üzvi maddələri yandırsaq, onlardan qeyri-üzvi
maddələr alınar. Məsələn, toxumu sınaq şüşəsində yandırsaq, o, əvvəlcə qa-
ralar, sonra isə yanaraq külə (mineral maddəyə) çevrilər. Bu zaman həm də
karbon qazı və su ayrılır. Beləliklə, üzvi maddələrdən qeyri-üzvi maddələr ya-
ranır. Təbiətdə yaşıl bitkilərdə gedən fotosintez prosesi zamanı isə karbon qazı
ilə sudan üzvi maddə və oksigen alınır.