Sual və tapşırıqlar:
1. Hazırlanmış qəhvənin içində hansı maddələrin qarışığı olduğunu dəftə-
rinizə yazın. 2. Bir ovuc torpaq götürüb su ilə qarışdırın və gördüklərinizi izah edin. 3. Keçmişdə süddən yağı necə ayırdıqlarını araşdırıb öyrənin. 4. Duzlu sudan duzu necə ayırmaq olar? Fikrinizi izah edin. 5. Maqnitlə ayırmaq üsulundan istifadə etməklə hansı qarışığı ayırmaq mümkündür?
|