Bir maddənin yeni maddəyə çevrilməsi ilə baş verən dəyişikliklərə kimyəvi
hadisələr deyilir. Kimyəvi hadisələr zamanı maddənin tərkibi dəyişir. Maddələ-
rin kimyəvi xassələrinə onların xarici təsirlər nəticəsində yeni maddələrə çev-
rilməsinin, başqa maddələrlə qarşılıqlı təsirinin və s. aid olduğunu bilirsiniz. Siz
apardığınız təcrübələrdə fiziki və kimyəvi hadisələrin necə fərqləndiyini əyani
şəkildə müşahidə etdiniz. Gündəlik həyatınızda belə hadisələrlə tez-tez rast-
laşacaqsınız.