11
|
Bir maddədən yeni
maddə alına bilərmi? |
III bölmə
|
Gəlin belə bir sual ətrafında düşünək: bir maddədən yeni bir maddə alına
bilərmi? Bunun üçün sehrbazların etdiklərini yadınıza salın. Sehrbazlar misi
qızıla çevirir, bir cismi yox edib əvəzinə yenisini yarada bilirlər. Əslində, bu, bir
maddədən yeni maddənin alınması deyil. Bu zaman göz aldanır. Hadisənin
əslini görə bilmirik. Bəs bunu necə izah etmək olar? Bu, bir maddənin yeni-
sinə çevrilməsi adlana bilərmi?
Birlikdə bu suala cavab tapmağa çalışaq və bu məqsədlə müxtəlif təcrübələr aparaq:
1. İki ayrı-ayrı həvəngdəstədə qoz ləpəsi və qəndi əzək.
|
2. Mumu və şokoladı alüminium qabda
əridək. |
3. Kağızı və ya kartonu qayçı ilə kiçik hissələrə kəsək.
|
1. Kartofu kəsib, onun üzərinə bir neçə damcı yod tökək.
|
2. Kağızı yandıraq.
|
3. Qəndi sınaq şüşəsində qızdıraq.
|