Maddələrin bölünməyən hissəciklərdən ibarət olduğunu ilk dəfə eramızdan təqribən 2500 il əvvəl qədim yunan filosofu Demokrit söyləmişdir. Təbiətdə yüzdən çox atom növü var. Atomlar birləşib molekulları əmələ gətirir. Maddələrin bir qismi eyni atomlardan, digər qismi isə müxtəlif atomlardan təşkil olunur. Məsələn, su molekul- larının tərkibində hidrogen və oksigen atomları var. Havanın tərkibində olan oksigen qazı və azot qazı eyni atomlardan, karbon qazı isə müxtəlif atomlardan təşkil olunub. |
Yod molekulları
|
Oksigen qazı molekulları
|
Azot qazı molekulları
|
Karbon qazı molekulları
|
Su molekulları
|
Atom və molekullar daim hərəkətdədir. Onların arasında olan boşluqların ölçüsü maddənin aqreqat halından və temperaturundan asılıdır. Temperatur artdıqca molekulların hərəkət sürəti və onların arasındakı məsafə də artır. Molekulların arasında cazibə qüvvəsi mövcuddur. Bu qüvvə qazlar arasında çox az, maye molekulları arasında qazlara nisbətən çox, bərk maddələr arasında isə daha çoxdur.