Biz heç bir zaman mənfur düşmənimiz olan erməni millətçiləri və onları dəstəkləyənlər tərəfindən fitnəkarlıq nəticəsində hüquqları pozulan minlərlə soydaşımızı unutmadıq. İgid oğullarımızın uğrunda vuruşaraq şəhid olduğu Vətən torpaqları düşmən tapdağı altında necə qala bilərdi?! Xocalıda törədilən soyqırımı necə unutmaq olardı?! Nəhayət, 2020-ci il 27 sentyabr – 10 noyabr tarixlərində 44 günlük zəfər yürüşündən sonra rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad edərək Vətənimizin sərhədlərini bərpa etməyə nail oldu. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı ilə mücadiləyə qoşulan hər kəs: istər ordumuz, istərsə də arxa cəbhədə çalışan hər bir vətəndaş şanlı qələbəyə imza atdı. Hazırda məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması üçün dövlət qurumları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Sual və tapşırıqlar:
1. BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiya”sı ilə tanış olun, sağlamlıq və təhsil hüququnun qorunmasına aid olan bəndləri seçib yazın.
2. BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiya”sına daha hansı hüquqlarınızı daxil edərdiniz? 3. İnsan hüquqlarının qorunması ölkəmizdə hansı sənəddə öz əksini tapır? 4. Azərbaycanda Qızlar məktəbinin açılması ilə qadınların hansı hüquqları nəzərə alınmışdır? Araşdırın Aşağıdakı mövzular haqqında məlumat toplayın
• Uşaq doğulduqda, ilk növbədə, onun hansı hüquqları yaranır? Bununla bağlı
BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiya”sında hansı bəndlər var?
• Ölkəmizdə Ombudsmanın fəaliyyəti; • Respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması; • Qadın hüquqlarının pozulmasının qarşısını almaq üçün fəaliyyət göstərən beynəlxalq təşkilatlar; • Sağlamlığın qorunması hüququ ilə bağlı respublikada görülən işlər. |