- İqtisadi funksiya
dövlət ölkədə iqtisadi prosesləri təşkil edir və tənzimləyir.
Məsələn; dövlət büdcəsini müəyyənləşdirir, vergi siyasətini
həyata keçirir, sahibkarlıq fəaliyyətinin inkişafına şərait
yaradır və s.
- Sosial funksiya əməkqabiliyyətli
insanların işlə təmin olunmasına şərait yaradır. Yeni iş yerləri açır,
əməkhaqlarını, təqaüdləri, pensiyaları artırır və s.
- Hüquqi funksiya
insanların hüquqlarını qoruyur, hüquq normalarını müəyyən edir
- Siyasi funksiya əhalinin
arzu və istəklərinə cavab verən siyasi xətti işləyib hazırlayır.
- Təhsil funksiyası təhsil almaq üçün şərait yaradır.
- Mədəni tərbiyə funksiyası əhalinin mədəni
tələbatlarının ödənilməsi, dünya mədəniyyəti ilə tanışlıq məqsədilə tədbirlər həyata keçirir.
- Ekoloji funksiya təbii ehtiyatlardan düzgün istifadənin
müəyyənləşdirilməsini və insanların sağlam ətraf mühitdə yaşamasının təmin olunmasını həyata keçirir.
- Digər dövlətlərlə əlaqə funksiyası bir çox ölkələrlə mədəni,
siyasi və iqtisadi əlaqələr qurur.
- Ölkənin müdafiəsi funksiyası ölkənin ərazi
bütövlüyünü qoruyur, müdafiə qüdrətini artırır və s.
!
Sual və tapşırıqlar:
- Respublikamızda son illərdə təhsillə bağlı görülən işlərin siyahısını tərtib edin.
- Dövlətin çoxuşaqlı ailələrə kömək etməsi onun hansı funksiyasına aiddir?
Dövlət daha kimlərə yardım edir? Məlumat toplayın.
- Ölkəmizdə dünya mədəniyyəti ilə əlaqədar keçirilən tədbirlərə aid məlu-
mat toplayın.
- Ölkəmizdə qaçqın və məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısı
haqqında məlumat toplayın.
- Cədvəl qurub göstərilənlərin dövlətin hansı funksiyalarına aid olduğunu
qruplaşdırın: sərhədləri və daxili asayişi qoruyur, əhalinin dünya mədə-
niyyəti ilə tanış olması üçün tədbirlər təşkil edir, ticarət əlaqələri yaradır,
hüquq normaları müəyyən edir, yeni bağça və məktəblər açır.
- Azərbaycanda bir çox muzeylər var. Bu muzeylərdən biri uzun illər düşmən
tapdağı altında qalmış Ağdamda yerləşən, dünyada 2-ci hesab edilən Ağ-
dam Çörək Muzeyi idi. Həmin muzey haqqında məlumat toplayın və mədəni
irsimizin qorunmasının dövlətin hansı funksiyasına aid olduğunu qeyd edin.
- Vətən müharibəsi şəhidləri və qazilərinə, onların ailələrinə göstərilən döv-
lət qayğısı haqqında esse yazın.