|
Məhkəmə hakimiyyəti ölkəmizdə ədalət mühakiməsini həyata keçirən yeganə hakimiyyətdir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir. Məhkəmələr insanların hüquq və azadlıqlarını qoruyur. |
Sual və tapşırıqlar:
!
1. Dövlət idarəetmə formalarını səciyyələndirən cəhətlər hansılardır?
2. Dövlətlərdə hansı idarəetmə formaları mövcuddur? 3. Hakimiyyətin bölünməsi prinsipinin nə demək olduğunu izah edin. 4. Konstitusiya haqqında məlumat toplayın 5. Siz Milli Məclisə təkliflər vermək istəsəniz, bunu necə edərsiniz? 6. Azərbaycanda qanunverici orqanın səlahiyyətlərini açıqlayın. 7. Respublikamızda təhsil sahəsindəki dəyişikliklərdə dövlətin rolu haqqında məlumat toplayın 8. “Qanunların icrasına nəzarət olunmasa, ölkədə nə baş verər?” mövzusunda esse yazın. |