Bazar günü xristianlar üçün müqəddəs sayılır.
Pasxa həm də xristianların dini bayramıdır. II əsrdən indiyədək bu bayram bütün kilsələrdə keçirilir. Pasxa bayramında xristianlar İsa Məsihin dirilmə gününü qeyd edirlər.
Xristianların Pasxa bayramı ilə bağlı müxtəlif adət-ənənələri var. Onlar Pasxadan əvvəl 40 gün oruc tuturlar. Orucun əsas şərtləri heyvani qida məhsullarından və əyləncələrdən imtina etməkdir.
Pavoslav və katolik kilsələrində bayramdan əvvəlki şənbə gününün gecəsində, adətən, gecə duası oxunur. Xüsusi ayinlər, mərasimlər keçirilir. Bütün xristianlar Pasxa bayramı münasibətilə bir-birlərini təbrik edirlər.
Müxtəlif dinlərdəki ibadətlər və mərasimlər fərqli olsa da, bütün səmavi dinlərin oxşar cəhətləri də var. Allahın tək olmasını qəbul etmək, yalnız Allahdan imdad istəmək səmavi dinlərin ümumi cəhətidir.
Sual və tapşırıqlar:
Din | Peyğəmbər | İbadət yeri | Müqəddəs gün |
Dini mərasim |
***** | ***** | ***** | ***** | ***** |