!
Sual və tapşırıqlar:
- Valideynləriniz qarşısında mənəvi borcunuz nədir?
- Valideynlərlə övladlar arasında qarşılıqlı inam dedikdə nə nəzərdə tutulur?
- Aşağıdakı kiçik parçanı oxuyub müzakirə edin:
Qonşu padşah Hun hökmdarı Metedən ən yaxşı atını istədi. Əgər ver-
məsə, müharibə edəcəyini dedi. Mete atını verdi. Hökmdar onun oğlunu
istədi. Mete müharibə olmasın deyə onu da verdi. Ancaq ondan sər-
həddəki yararsız torpağı istəyəndə Mete qəzəblənərək dedi: “At və
oğul mənim idi, qan tökülməməsi üçün onları verdim. Lakin torpaq mə-
nim deyil, torpaq xalqındır. Onun üstündə igidlərin qanı axıb. Biz mü-
haribə edəcəyik. Çünki torpaqdan pay olmaz”.
- Məktəbdə vətənpərvərliyinizi necə nümayiş etdirə bilərsiniz? Bunun həlli
yollarını, üzərinizə düşən vəzifələri müəyyənləşdirin.
- Musiqiçi, rəssam, alim, yazıçı və əsgərlər vətən qarşısında mənəvi borcla-
rını necə yerinə yetirirlər?
- Şamil Mahmudbəyovun “Skripkanın sərgüzəşti” filmini izləyin. Filmin
qəhrəmanları olan uşaqların böyüklərdən geri qalmayan cəsarətli hərə-
kətlərini yoldaşlarınızla müzakirə edin.
- Şuşa şəhərinin işğaldan azad olunması, müharibənin bizim xeyrimizə qələbə
ilə qurtarması xəbərini eşidərkən keçirdiyiniz hissləri əks etdirən esse yazın.
- Vətən müharibəsində “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medal-
ları ilə təltif olunan qəhrəmanlardan bir neçəsi haqqında məlumat toplayın.
- 20 Yanvar şəhidləri vətən qarşısındakı mənəvi borclarını necə yerinə ye-
tirdilər? Mövzu ilə bağlı divar qəzeti hazırlayın.