Vətən haqqında danışanda onu “Ana vətən” adlandırırıq. Çünki Vətən də ana
kimi doğma və əzizdir. Vətəni sevmək azdır, onu qorumaq, Vətənin mənafeyini öz
mənafeyindən üstün tutmaq, yeri gələrsə, canını belə əsirgəməmək gərəkdir.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz, qazilərimiz
də bu yolu seçdilər. Onlar Vətəni hər şeydən uca tutdular. 44 gün davam edən
Vətən müharibəsi qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanımız
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu yüksək döyüş hazırlığı gös-
tərərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman
oğullarımız əsl döyüş ruhunu, vətənpərvərliyi bütün dünyaya nümayiş etdirdi.
Biz Gültəkin Əsgərova, Əlif Hacıyev, Albert Aqarunov, Məzahir Rüstəmov,
Mübariz İbrahimov, Polad Həşimov və digər Milli Qəhrəmanlarımızın xatirələrini
əziz tutmalı, onları özümüzə örnək bilməli, layiqli davamçıları olmalıyıq