Valideynlərinizə həmişə hörmətlə yanaşaraq övladlıq borcunuzu yerinə yetirməyə çalışın. Bunun üçün valideynlərinizin:
Unutmayın ki, ailədə münasibətlərin düzgün qurulması, ailə üzvləri arasında hörmət və etibarın olması bizim yüksək əxlaqlı, mənəvi keyfiyyətlərə yiyələnmiş şəxsiyyət kimi formalaşmağımıza təsir göstərir. Bunun üçün davranış qaydalarına əməl etməli, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməli, ölkəmizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, Vətənimizi sevməliyik. Eyni zamanda, vicdanlı və mübariz olmalıyıq.
“Vətənin haradır?” sualına cavab verərkən dərhal doğulduğumuz məkanın adını çəkirik. Bizim hamımızın bir Vətəni var – Azərbaycan! Tarixə nəzər salsaq, görərik ki, doğma vətənimiz uğrunda Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları daim düşmənlə mübarizə aparmış, vətən naminə canlarını qurban vermişlər.