Uşaq dünyaya gələndən valideynlər ona qayğı göstərirlər. Övladlar da, öz
növbəsində, müəyyən yaşa çatdıqda valideynlərinə, digər ailə üzvlərinə qay-
ğını əsirgəməməlidirlər. Hər birimizin mənəvi borcu valideynlərimizə, müəllim-
lərimizə, ustadlarımıza ehtiram göstərmək, onlara hörmət etməkdir.
İnsanın əməyə, mənəvi dəyərlərə, mədəni sərvətlərə münasibəti ailədən
başlanır və onun xarakteri formalaşır. Sağlam bir nəslin yetişməsində ailənin
böyük rolu var. Ailənin möhkəmliyi valideynlərlə uşaqlar arasında olan münasi-
bətdən asılıdır. Ailədə valideynlərlə övladlar arasında qarşılıqlı anlaşma olma-
sa, inam və etibar da olmaz.s