başqalarına etdiyimiz yaxşılıqları onların üzünə vurmamaq;
başqalarının qüsurlarına rişxənd etməmək;
danışanın sözünü kəsməmək;
insanların çox olduğu yerdə bir-birinizi itələməmək;
başqalarının dərdinə şərik olmaq və s.
!
Sual və tapşırıqlar:
Müsbət əxlaqi keyfiyyətlər hansılardır?
Hansı əxlaqi keyfiyyətlər daha mühüm hesab oluna bilər? Fikrinizi əsas-
landırın.
Kinoteatrda və gəzintidə əməl olunacaq davranış qaydaları hansılardır?
Bu qaydalara əməl etmək nə üçün vacibdir?
Metroda və muzeydə hansı davranış qaydalarına əməl olunmalıdır?
Davranışların formalaşmasında təqlidçiliyin* rolu böyükdür. Siz davranı-
şınızla hansı əsərin, filmin qəhrəmanına oxşamaq istərdiniz. Nə üçün
belə hesab edirsiniz?
Düzgün davranış qaydalarını seçin və həmin qaydaların əhəmiyyətini yazın.
Nəqliyyatda kimisə itələmək, dərdə şərik olmaq, qarşısındakını dinləmək,
fiziki qüsuru üzə vurmamaq, danışanın sözünü kəsmək, böyüklərə yol
vermək, uşaqları incitməmək, münaqişə yaratmaq
Düzgün davranış qaydaları
Əhəmiyyəti
*****
*****
————————
* Təqlid – başqasının hərəkətini, danışıq tərzini və s. xüsusiyyətlərini təkrar etmə, özünü ona oxşatma