Biz hər zaman öz əxlaqımız və davranışımızla ətrafdakılara nümunə ol-
mağa çalışmalı, cəmiyyətin birlik və həmrəylik şəraitində yaşamasını təmin
etmək üçün hər yerdə öz hərəkətlərimizi tənzimləməyi bacarmalıyıq. Buna
görə də qaydaları bilməyimiz çox vacibdir.
Ailədə davranış qaydaları: | |
✓ | valideynlərinizin, bacı-qardaşlarınızın otağına daxil olmaq istəyərkən |
qapını döymək; | |
✓ | ailə üzvlərinin əşyalarına icazəsiz toxunmamaq; |
✓ | ailədə özünüzdən kiçik bacı və qardaşlarınızı qorumaq, onların qayğısına |
qalmaq; | |
✓ | böyüklər içəri daxil olarkən ayağa qalxmaq, onlara yer göstərmək; |
✓ | ailənin sirrini heç vaxt heç kimə verməmək və s. |
Ailə kiçik sosial qrupdur. Ailədəki davranış qaydalarına riayət etmək, vali-
deynlərin sözünə baxmaq, tövsiyələrinə və nəsihətlərinə əməl etmək mənəvi
borcumuzdur. Davranış qaydalarına əməl olunarsa, ailədə xoş münasibət, gö-
zəl əhvali-ruhiyyə, əməkdaşlıq, qarşılıqlı hörmət yaranar və nəticədə sağlam
ailə həyatı yaşanar.