2
|
Davranış normaları
|
I bölmə
|
Əxlaqi keyfiyyət və qaydaları, onların cəmiyyətdə formalaşmasını, rolunu və s.
məsələləri etika tədqiq edir. Etika fəlsəfə elminin sahələrindən biri olub, əxlaq
haqqında elmdir. Bəs etik qaydalar hansılardır? Biz hansı etik qaydalara əməl
etməliyik?
Tarix boyu ailə, məişət, istehsalat və ictimai həyatın bütün sahələrində
insanların əxlaqı onların münasibətlərində özünü göstərir. Əxlaqın formalaş-
ması insanı əhatə edən mühitdən asılıdır. Yəni ailə, bağça, məktəb və digər
sahələr əxlaqın formalaşmasında mühüm rol oynayır.
Davranış normaları insanlara cəmiyyətdə nəyi, nə vaxt və necə etmək la-
zımolduğunu izah edən qaydalardır. İnsanın cəmiyyətdə könüllü qəbul etdiyi
davranış qaydaları əxlaq qaydalarıdır. Dövlət tərəfindən qanun halına salınan,
icrası məcburi olan, əməl edilmədikdə isə cəza nəzərdə tutulan normalar isə
hüquq normalarıdır.
Əxlaqi norma insana əməl etməli olduğu qay- Bilirsiniz ki, paxıllıq etmək, yalan danışmaq, böh- |
|
Əməksevərlik, insanpərvərlik, sadəlik, təvazökarlıq, halallıq, işgüzarlıq, dost-
luq, düzlük, doğruçuluq, vətənpərvərlik və s. isə müsbət keyfiyyətlər hesab
olunur. Tarix boyu milli-mənəvi dəyərlərə böyük hörmətlə yanaşan ata-
babalarımız bizi hər zaman əxlaq və davranış qaydalarına əməl etməyə, bö-
yüklərə hörmətlə, kiçiklərə qayğı ilə yanaşmağa çağırıb. Mənəvi münasibətlər
formalaşdıqca davranış mədəniyyəti də formalaşmışdır.