Ünsiyyət zamanı qarşı tərəfi duymaq, onun emosional durumuna, davranış
tərzinə uyğun ünsiyyət formaları seçmək çox vacibdir. Səsin tembrinə, jestlərə,
mimikaya, hətta tərəflər arasındakı məsafəyə belə diqqət etmək lazımdır. Fik-
rimiz insanlar tərəfindən qəbul edilmirsə, ilk növbədə, fikirləşməliyik ki, biz fik-
rimizi düzgünmü ifadə etdik?
Ünsiyyətdə olduğumuz insanların dinindən, irqindən, milliyyətindən, ümu-
miyyətlə, kimliyindən asılı olmayaraq, onlarla səmimi və mehriban davranmalı,
mübahisə və münaqişələrə yol verməməliyik. Lakin ünsiyyət mədəniyyətinin for-
malaşmasına təkcə sadaladıqlarımız təsir göstərmir. Eyni zamanda, oxuduğumuz
ədəbi əsərlər, izlədiyimiz kinofilmlər, teatr tamaşaları, televiziya və radio veriliş-
ləri ünsiyyətimizin düzgün qurulmasını təmin edir.
!
Sual və tapşırıqlar:
1. Hansı davranış forması mübahisələrin həllini asanlaşdırır?
2. Kərim öz topunu oynamaq üçün dostlarına verməmişdi. Bundan in- ciyən uşaqlar öz aralarında pul toplayıb top aldılar. Onlar ertəsi gün həyətdə oynayarkən Kərimi oyuna buraxmadılar. Uşaqların ona qarşı etdikləri hərəkəti necə qiymətləndirirsiniz? 3. Cədvəldə təqdim olunan hadisələr zamanı düzgün davranış qayda- larını müəyyənləşdirin.
|