2-ci hissə
Qapının zəngi çalındı. Təranə tez qaçıb qapını açdı. Gələn atası idi. O, qızının halını soruşdu.* Paltarlarını dəyişdi.* Yemək otağına keçəndə Təranə dedi:
– Ata, anam zəng etmişdi, bu gün evə bir az gec qayıdacaq.* Çay hazırdır, gətirimmi? Atacan, xörəyimiz də var.
– Bala, nəyin var, gətir, düzü, bərk acmışam.*
Təranə dərhal nimçəyə xörək töküb atasının qabağına qoydu. Qızının qulluğundan xoşallanan Səlim gülümsəyirdi. Təranənin isə gözləri atasının üzünə dikilib qalmışdı. Elə bil ki, az bilən şagird tələbkar müəllimə imtahan verirdi. O öz-özünə: “Görəsən, xörək atamın xoşuna gələcəkmi?” – deyirdi.
Səlim xörəkdən bircə qaşıq ağzına alan kimi üz-gözünü turşutdu. Düşündü ki, yəqin, arvad tələsib, yoxsa bu qədər bibər tökməzdi. O, Təranənin xörək bişirməsini isə heç ağlına belə gətirmirdi. Səlim xörəkdən bir neçə qaşıq da yedi. Lakin dili, ağzı od tutub odlandığı üçün kənara çəkildi. Təranə atasının gözlərindən yaş axdığını görcək təəccübləndi.* Onu fikir götürdü: “Atamın gözü niyə yaşardı? Yəqin xörək ”. O, utandığından yan otağa keçdi. Lakin atası onu çağırdı:
– Qızım, içməli su gətir. Uşaqlar həyətdə qartopu oynayırdılar.*
Atası xörəyin çoxunu yeməmişdi. Bu, balaca aşpazı yamanca narahat etdi.* “Görünür, xörək atamın xoşuna gəlməyib”. O, xörəyi mətbəxə apararkən bir qaşıq ağzına aldı. “A... bu ki lap zəhərdir!..” Təranə səhvini yalnız indi başa düşdü. O, utandığından bir müddət atasının gözünə görünə bilmədi.
Aradan bir xeyli keçmişdi ki, Təranənin anası gəldi. Qız qapıda anasının boynunu qucaqlayıb onu mətbəxə apardı. Orada bütün əhvalatı anasına danışdı. Sonra da xahiş etdi ki, bu barədə atasına heç bir söz deməsin. Anası qızının bərk xəcalət çəkdiyini görüb onu bağrına basdı və dedi:
– Mənim balaca aşpazım, niyə bu qədər narahat olursan?! Hər iş başlanğıcda çətin olur. Fikir etmə, yavaş-yavaş öyrənərsən.* Atana da bu haqda heç bir söz demərəm.
İsa Hümmətov
düzü
tələbkar
bir müddət
başlanğıc
nimçə
qulluq
fikir götürmək
gözünü çəkməmək
üz-gözünü turşutmaq
od tutub odlanmaq
gözləri dikilib qalmaq