Təranə otağı qaydaya salmağı, döşəməni yumağı, paltar ütüləməyi, paltarın düyməsini, sökülən yerini tikməyi də bacarırdı. O həmişə bacarmadığı işləri anasından öyrənməyə can atırdı.* Ancaq xörək bişirmək Təranəni hər şeydən çox maraqlandırırdı. Ona görə də anası xörək bişirəndə Təranə yanında durub, gözünü onun əlindən çəkmirdi.*
Bir dəfə Təranə anasına dedi:
– Anacan, qoy bu gün xörəyi mən hazırlayım yaxşımı?
– Yox qızım, atanın işdən qayıtmasına az qalıb. Gərək xörəyi tez hazırlayım. Bir də ki, bu gün qonağımız olacaq, layiqli xörək hazırlamaq lazımdır. Yaxşı olar ki, sən hələlik bax, gör mən xörəkləri necə bişirirəm.
Günlər keçdikcə Təranənin xörək bişirməyə həvəsi daha da artırdı. Bir gün Səkinə xala xəstə uşağın yanında ləngiməli oldu. O, evə zəng edib gec qayıdacağını Təranəyə xəbər verdi.
Bu vaxt saat beş idi. Təranə dərslərini hazırlayıb təzəcə ayağa durmuşdu.* O, dibçəklərdəki güllərə su verdi, evi səliqəyə saldı və bütün işləri görə-görə axşama xörək hazırlamaq haqqında fikirləşdi.* Axı bir azdan onun atası işdən qayıdacaqdı. Hələ də heç bir şey hazır deyildi. Təranə mətbəxə girdi. Əvvəlcə qazanı pilətənin üstünə qoyub içinə xeyli su tökdü, əti doğradı. Bir ayrı qabda noxud bişirib qazanda qaynatdığı ətə qarışdırdı. Soğan doğrayanda gözlərindən yaş axmağa başladı. O, dəsmalla gözlərini dönə-dönə sildisə də, yaş dayanmadı. Elə bu vaxt Hafiz yan otaqdan çıxıb onun yanına gəldi.
– Boy, sənə nə oldu, niyə ağlayırsan?
– Ağlamıram ey, soğan gözlərimi acışdırdı. Sən narahat olma, get dərslərini hazırla...
Hafiz dinməzcə mətbəxdən çıxdı. Təranə isə öz işi ilə məşğul oldu.
Xörəyin hazır olmasına az qalanda onun yadına düşdü ki*, .
Axı anası bibərli xörəyi çox sevirdi. O, kasadakı göy bibərlərdən dörd-beşini doğrayıb xörəyə tökdü. Sonra isə stolu hazırlamağa başladı.
İsa Hümmətov
layiqli
ləngimək
noxud
qaydaya salmaq