1) Xain dost ən təhlükəli düşməndir.
2) Əsl dost yaxşı və pis günlərimizə ortaq olandır.
3) Dostunu göstər, sənin kim olduğunu deyim.
4) Dost başa baxar, düşmən ayağa.
5) Dostun versə qum, al ovcunda yum.
1) Müəllim tapşırıq verdi. 2) Lalə çox pərt oldu. 3) Sinif rəhbəri narahat idi. 4) Lalə xahiş etdi. 5) Qayıqçılar yaxınlaşdılar. 6) Nasir papirosunu tulladı. 7) Həsən bir az dincəlmək istədi.
asan, tez, geri, ucadan, gecə, aşağıda, əvvəl, çətin, sonra, gec, irəli, astadan, gündüz, yuxarıda
Köməkçi: tez-tez – hərdənbir (tez-tez yoxlamaq, hərdənbir görüşmək);
31 saylı məktəbin direktoru Nərminə Hacıyevaya
həmin məktəbin 6-cı sinif şagirdi Toğrul Cəfərovdan
İzahat
Pəncərənin qabağından keçərkən uşaqlardan biri məni itələdi. Qolum pəncərəyə bərk toxundu və pəncərənin şüşəsi sındı. Hadisə barədə məlumat verməyi özümə borc bildim. Mən atamdan xahiş edəcəyəm ki, pəncərənin şüşəsini düzəltdirsin. Bunu bilərəkdən etmədiyimi nəzərə alaraq məni bağışlamağınızı xahiş edirəm.
18 noyabr 2013-cü il
İmza:
Toğrul Cəfərov