Sahibkar altdan-altdan ona baxdı, ancaq bir söz demədi. Nasir gündən qamaşan gözlərini qıyaraq ovçu1 yoldaşlarına baxırdı.
Sahibkar, guya Nasiri indicə görürmüş kimi, ona yaxınlaşdı:
– Bəs niyə soyunmursan?
Nasir dinmədi. Sahibkar bir də soruşdu.
Bu dəfə Nasir onu acıqlı-acıqlı süzüb dedi:
– Mən o qiymətə suya girmərəm.
Sahibkar Nasirin çox qəzəbli2 olduğunu görüb dinmədi. Hər gün timsahla təkbaşına vuruşan bu adama nə deyə bilərdi?!
Nasir timsahların çayın içərilərinə tərəf çəkib apardıqları adamlara baxdıqca, öz gəncliyi, timsah ovuna başladığı ilk illəri xatırladı. O, iyirmi ildən artıq idi ki, bu peşədə işləyirdi. Timsah iki dəfə onun qolunu zədələmiş, bir dəfə isə o, ayağını timsahın ağzından güclə xilas edə bilmişdi. Bəli, o zaman gənc, özü də naşı idi. İndi gözlərinin qabağında ilk dəfə timsah ovuna gedən o gənc kimi cavan və cansız idi.
Nasir ovçulara baxdıqca ötən günlər gəlib gözlərinin qabağından keçirdi.* Birdən onun nəzərini gənc ovçu cəlb etdi.* O hətta oturduğu yerdən ayağa qalxdı. “Bu nədir?” – deyə Nasir qorxu içində gözlərini suya zillədi.* Timsah gənc ovçunu suyun içində təqib edirdi. Ovçu onun gözlərinə hücum etmək fürsətini əldən vermişdi.
Sahildə durmuş sahibkar isə qəzəblənmişdi2.
Heyif, çox heyif, timsah əldən çıxdı, – deyə söylənirdi.
naşı
əslinə baxsan
o cümlədən
əskilmək
ehtiyac
qamaşdırmaq
çömbəlib oturmaq
fürsəti əldən vermək
əldən çıxmaq
təqib etmək
A) Nasir nə üçün əsəbi idi?
B) Nasir gənc ovçuya baxdıqca nəyi xatırlayırdı?
C) Sahibkar ovlanmış timsaha verilən pulu nə qədər artırmışdı?
D) Sahibkar nə üçün Nasirə bir söz demədi?