Bəlkə, bu abbasını aparıb tapdığım küçəyə atım! Nə isə, pulu gətirib anama verdim: – Götür, nə eləyirsən, elə!
Anam əlini pula vurmadı. Siçan ölüsünü götürən kimi, maşa ilə götürüb evin aşağı başında külqabının içinə qoydu: – Qoy orda qalsın, atan gələndə görək nə deyər.
Bu söz mənə daha da ağır idi. Bilirdim ki, atam sorğu-suala tutacaqdır. Bəlkə də, bərk danlayacaqdır. “Atama demə, özün neyləyirsən elə!” – demək istədim. Cürətim çatmadı. Bilirdim ki, anam heç nəyi ondan gizlətməz. Bəlkə də, mənim belə bir xahiş elədiyimi də ona deyər, kişi mənə daha da hirslənər.
Mir Cəlal
yırtıq
müqəssir
haram
maşa
dəhşət götürdü
cürəti çatmaq
xəyalına gəlmək
xəyanət işləmək
1)
Anam əlini pula vurmadı.
2)
Haram pul kibrit kimi şeydir.
3)
Pulu cibimə qoyub sevincək məktəbə yollandım.
4)
Bizə haram yapışmaz, atan bilsə, qiyamət qopardar!
5)
“Bu nə iş idi düşdüm, İlahi!”
6)
Bilirdim ki, anam heç nəyi ondan gizlətməz.
7)
Tələsirdim ki, dərsdən sonra evə gəlim.
1) Zərərin yarısından da qayıtmaq xeyirlidir. 2) Haram mal bərəkət tutmaz. 3) Haramın binası olmaz. 4) Kasıb pul tapdı, qoymağa yer tapmadı. 5) Pul olmayan yerdə qəpik də puldur. 6) Əmanətə xəyanət olmaz. 7) Pul əl çirkidir.
1) Bu qədər şeyi mən apara bilm.. , – dedi. 2) – A bala, dəymə, hamısı sənə lazım ol.. , uzaq yol ged.. . Gəmidə yeməli şeyləri yeyəndən sonra lap yüngülləş.. .